Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya məsələləri üzrə komitəsi Ermənistanı Azərbaycanın əvvəl işğal altında olmuş ərazilərində quraşdırılan bütün minaların xəritələrini verməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə AŞPA məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan Laçın dəhlizinə görə qorxuya düşdü: “Hər şeyi edəcəyik ki, bağlanmasın”
Komitə İkinci Qarabağ müharibəsindən sonra qısa və uzunmüddətli perspektivdə humanitar fəsadların aradan qaldırılması üçün tərəflərə tövsiyələr hazırlayıb.
Eyni zamanda, komitə noyabrda atəşin dayandırılmasından sonra 159 azərbaycanlının minaya düşməsi nəticəsində ölməsi və ya yaralanması ilə bağlı təəssüfləndiyini ifadə edib və Ermənistanı dərhal əlində olan mina xəritələrini təhvil verməyə çağırıb.
Bizim.Media