“Hər şeydən öncə bu, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yeni formatını müəyyən edir. Həm də daha mütəşəkkil bir təşkilata çevrildiyinin göstəricisidir. Bildiyiniz kimi, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası adını da dəyişəcək. Hesab edirəm ki, bu da türk dünyasında yeni bir geosiyasi mənzərənin formalaşmasını şərtləndirəcəkdir”.
Bu fikrilər millət vəkili Elşad Mirbəşiroğluna aiddir.
O, Bizim.Media-ya onu da bildirdi ki, əməkdaşlıq şurasının daimi üzvləri ilə yanaşı, müşahidəçi qismində olan ölkələr də var.
MÖVZU İLƏ BAĞLI:
Hikmət Hacıyev İran səfiri ilə görüşdü – NƏYİ MÜZAKİRƏ ETDİLƏR? - FOTO
Macarıstan başda olmaqla onları da unutmaq olmaz:
“Türkmənistanın da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qoşulması və təşkilatın adının dəyişdirilməsi şuranın bütövlükdə türk dünyası adından çıxış etmək imkanlarını genişləndirir. Həm də qarşısına daha strateji hədəflər qoyaraq addımlar atacağını proqnozlaşdırmağa əsas verir”.
Deputatın sözlərinə əlavə olaraq qeyd edək ki, 2021-ci ilin yanvarın 21-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.
Bunun özü gələcək uğurların və birgə layihələrin özülüdür.
Bundan başqa, Türkmənistan Çin və Hindistana gedən yolun üzərindıə yerləşir ki, bu da Azərbaycandan Avropaya uzanan İpək Yolunun əhəmiyyətini bir qədər də artırır. Ölkənin Əfqanıstanla həmsərhəd olması da, regionda İranın əhəmiyyətini azaldır və yeni regional dəhlizlərdə türkdilli ölkələrin işini asanlaşdırır.
Ekspertlərin fikrincə, Türk Şurasına Macarstanın qatıldığı kimi, gələcəkdə Əfqanstanın da iştirakı mümkündür.
Bizim.Media