Rusiya nə üçün Azərbaycana qarşı sərt mövqe sərgiləyir? - SƏBƏBLƏR

Rusiya nə üçün Azərbaycana qarşı sərt mövqe sərgiləyir? - SƏBƏBLƏR

Hazırda oxunan: Rusiya nə üçün Azərbaycana qarşı sərt mövqe sərgiləyir? - SƏBƏBLƏR

35999

Cənubi Qafqazın əsas regional aktorlarından biri olan Azərbaycan tarixən Rusiya ilə mənafe toqquşması içərisində olub. Bu gün də davam edən proses Rusiyanın Azərbaycana qarşı sərt və ikili münasibət sərgiləməsi ilə müşahidə olunur.

Regionun digər dövlətləri ilə xoş münasibətlərə öncəlik verən Rusiyanın Azərbaycana qarşı bu münasibəti xüsusilə diqqət çəkir. Tarixi və müasir geopolitik akspektdə Rusiyanın Azərbaycana qarşı mövqeyini formalaşdıran bir sıra səbəblər mövcuddur.

Rusiya hər zaman qonşularına münasibətdə imperiya maraqlarından çıxış edir. Azərbaycanın müstəqil siyasi kursu isə bu yanaşmaya ziddir. İmperiya maraqları Rusiyanı vadar edir ki, quru sərhəddinə malik ölkələri öz təsir dairəsinə salsın.
 

MÖVZU İLƏ BAĞLI:

Lavrovdan 4 ölkəyə böyük təhdid: “Açıq savaş elan edilib” 


Rusiya Orta Asiya, Belarusiya və Ermənistan üzərində ciddi təsir gücünə malikdir. Rusiya bu ölkələrdə öz istəyinə uyğun siyasi xətti asanlıqla müəyyən edir və bu ölkələri regional müstəvidə fort-post kimi istifadə edir.

Lakin oxşar təsir gücü Azərbaycana qarşı münasibətdə Rusiyanın istədiyi nəticələri vermir. Azərbaycanın müstəqil siyasi kursa malik olması və qarşılıqlı münasibətləri “milli mənafe” pirinsipi əsasında dəyərləndirməsi Rusiyanın planlarını pozur.

Azərbaycan Avrasiyanın geosiyasi kilid nöqtələrindən biridir. Azərbaycanın qatqısı olmadan Rusiyanın geosiyasi sabitliyinin təmin olunması mümkün deyil. Rusiya üçün Cənubi Qafqaz hər zaman əsas təhdid mərkəzi olmaqda davam edir. Çünki Rusiya yalnız bu regionda Şərqi Avropa, Uzaq Şərq və Orta Asiyada olduğu kimi tam söz sahibi ola bilmir. Bu isə Rusiyanı hər zaman qıcıqlandırıb.

Tarixən və bu gün də Rusiya Azərbaycanı tam şəkildə nəzarəti altına salmağa çalışır. Çünki yalnız Azərbaycana tam nəzarət etdiyi dövrlərdə Rusiya Cənubi Qafqazda, Xəzər dənizindəQara dənizdə tam söz haqqında sahib olub və geosiyasi təhlükəsizliyini təmin edib. Azərbaycanın Rusiyaya qarşı mövqeyi isə 90-cı illərdə olduğu kimi Rus geosiyasətinin 3 regionda iflası ilə nəticələnib.

Rusiya Azərbaycanı Türkiyə və Orta Asiya arasında “milli dəhliz” olaraq görür. Əgər bu dəhlizə nəzarət olunmazsa Rusiyanın mövcudluğu təhlükə altına düşə bilər. Rusiyanın sərhədlərində türk kimliyinin güclənməsi və qarşılıqlı inteqrasiyanın genişlənməsi Rusiya üçün ən dəhşətli ssenarilərdən biridir.

Çünki Rusiyada çoxsaylı türk mənşəli əhali yaşayır və bu xalqların ruslarla tək bağları ortaq ərazi amilidir. Rusiya başa düşür ki, Azərbaycan üçün bölgədəki ən yaxın müttəfiq Türkiyədir və bu yaxınlıq “türk kimliyinin” güclənməsini şərtləndirir. Bu isə Orta Asiyanın və dolayısı ilə Rusiya Federasiyasının təməllərini sarsan etnik hisslərin oyadılmasına rəvac verir.

Müstəqil Azərbaycan Rusiyanın milli maraqlarına cavab vermir, onun regional gücdən qlobal gücə çevrilməsinin qarşısını alır. Rus düşüncəsinə görə, Azərbaycan hər zaman “nəzarət olunan” obrazda olmalıdır.
 

Bu gün Cənubi Qafqazın geosiyasi reallığını formalaşdıran əsas güc mərkəzi Azərbaycandır. Rusiya bu baxımdan öz strateji planlamasında Azərbaycanı və Azərbaycanın maraqlarını nəzərə almağa məcburdur.


Bu məcburiyyət isə Rusiyanın qlobal planlarının qarşısındakı əngəldir. Rusiya qlobal güc olduğunu sübut etmək üçün Azərbaycana qarşı sərt davranmağa, daim onu nəzarət altına almağa çalışır.

Araz Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO