Rusiya Müdafiə Nazirliyi Azərbaycanın etiraz etdiyi satınalmanı ləğv etdi

Rusiya Müdafiə Nazirliyi Azərbaycanın etiraz etdiyi satınalmanı ləğv etdi

Hazırda oxunan: Rusiya Müdafiə Nazirliyi Azərbaycanın etiraz etdiyi satınalmanı ləğv etdi

0:00
0:00
35792

Rusiya Müdafiə Nazirliyinin Qarabağda yerləşən hərbi şəhərciklərinə aid kazarma-mənzil fondunda xidmət göstərilməsinə dair tender çərçivəsində həyata keçirilən satınalma ləğv edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın satınalmalara dair zakupki.gov.ru vahid portalının texniki dəstək xidmətindən bildiriblər.
 

MÖVZU İLƏ BAĞLI:

Üçlüyün arasındakı DÖRDÜNCÜ: - İrəvan zamanı uduzur


“Satınalma sifarişçi tərəfindən ləğv olunsa da, bu barədə portalda yerləşdirilən məlumat silinmir. Silinməsi üçün ya məhkəmənin qərarı, ya da nəzarət qurumlarının göstərişi olmalıdır”, - deyə xidmətdən qeyd ediblər.

Xatırladaq ki, adıçəkilən portalda Rusiya Müdafiə Nazirliyinə aid yaşayış binalarının yerləşdiyi ərazi “Dağlıq Qarabağ Respublikası” kimi qeyd olunduğu üçün Azərbaycan Xarici İşlər Nazirliyi qonşu ölkəyə etirazını bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO