Vitse-spiker: “Fransa senatın qərarı demokratiyanın üzünə tüpürməkdir”

Vitse-spiker: “Fransa senatın qərarı demokratiyanın üzünə tüpürməkdir”

Hazırda oxunan: Vitse-spiker: “Fransa senatın qərarı demokratiyanın üzünə tüpürməkdir”

3562

“Fransa senatorlarının kimliyinə baxılmalıdır. Onlar Əlcəzairdə qırğınlar törədənlərin, qaradərililəri dənizdə boğanların nəvələridir. Bu, həm də Avropa demokratiyasının sifətini açır”.

Bizim.Media-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında MM sədrinin müavini Fəzail İbrahimli deyib.

Vitse-spiker bildirib ki, Fransa senatın qərarı Avropa demokratiyasının üzünə tüpürməsidir:

“Fransanın içi yanır, göynəyir, çünki Türkiyə və Rusiya onu kənarlaşdırdı, münaqişəni həll etdi. Fransa axı ermənilərə söz vermişdi. İndi Azərbaycanla Senat dilində danışmaq olmaz. Azərbaycanla danışığın bir forması var: Haqq ədalət müstəvisində, yalvarışlı və yazıq formada danışıqda, Azərbaycan nəyisə güzəşt edə bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO