“Kərimov Əli, Qəmbərov İsa Azərbaycan dövlətinin qalibiyyətini həzm edə bilməyən satqınlardır. Həmin ərəfədə ölkə faktiki olaraq idarə edilmirdi, hakimiyyət üstündə açıq dava gedirdi, xaos, hərc-mərclik, böhran hökm sürürdü. Düşmənə qarşı mübarizə aparmalı olan qüvvələr Bakıda vəzifə üstündə bir-birini didirdilər”.
Bizim.Media xəbər verir ki, bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədrinin sözlərinə görə, elə bir acınacaqlı vəziyyət idi ki, hakimiyyət daxilində qoçu dəstələri vardı. Kərimov Əli deyirdi, filankəs mənim otağıma gəlməlidir, Qəmbərov İsa deyirdi mənim yanıma gəlməlidir.
Biri zor gücü ilə ətrafdakıları cəbhəyə, digəri müsavata üzv yazılmağa məcbur edirdi.
“Rəhmətlik Əbülfəz Elçibəy bunların əlindən baş götürüb Kələkiyə getdi” deyən H.Hacıyev, onların Azərbaycan xalqına, dövlətinə xəyanət etdiyini, düşmən yiyəsiz qalmış torpaqlarımızı işğal edərkən, Bakıda cəbhəçilik, müsavatçılıq oyununun getdiyini dilə gətirib.
Onun sözlərinə görə, Əli Kərimov xəyanətkar, xarici kəşfiyyatın əlində dünən də, bu gün də oyuncaq olan biridir:
“Cənab Prezident Kərimov Əli, Qəmbərov İsa barədə çox yumşaq sözlər işlətdi. Ali Baş Komandanın çıxışını müzakirə etmək bizə düşməz, ancaq bu xəyanətkarlar, xainlər ölkəni məhv olmaq təhlükəsi ilə üzbəüz qoydular. Hər ikisi rayonların ermənilərə verilməsi cinayətinin iştirakçılarıdır. Kərimov Əli də, Qəmbərov İsa da Elçibəyi devirib, özləri hakimiyyətə gəlmək istəyirdilər. Həmin ərəfədə Kəlbəcər də, digər rayonlar da düşmənə “peşkəş” edildi”.
Partiya sədri əlavə etdi ki, iç düşmənlər Azərbaycanın böyük qələbəsindən, şanlı zəfərindən yasa batıblar.
“Həmin qüvvələr, başda Kərimov Əli, Qəmbərov İsa olmaqla Ramiz Mehdiyevin komandasının üzvləridi. Kərimov Əli kimiləri Ramiz Mehdiyev oynadır. Bunu gizlətmək lazım deyil, Ramiz Mehdiyevlə birlikdə yasa batıblar. Adını çəkdiyim şəxslər həm ölkə daxilində, həm də xaricdə Azərbaycanın böyük qələbəsinə kölgə salmaq istəyirlər. Mənə elə gəlir ki, Azərbaycan dövlətinə düşmən olan, onun qalibiyyətini həzm edə bilməyən, xarici kəşfiyyata xidmət edənlərin fəaliyyəti ciddi araşdırılmalı və vətənə xəyanətə görə həbs edilməlidilər”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:43 / 26.11.2020
Hafiz Hacıyev: “Əbülfəz Elçibəy bunların əlindən baş götürüb Kələkiyə getdi”
Hazırda oxunan: Hafiz Hacıyev: “Əbülfəz Elçibəy bunların əlindən baş götürüb Kələkiyə getdi”
Hazırda oxunan: Hafiz Hacıyev: “Əbülfəz Elçibəy bunların əlindən baş götürüb Kələkiyə getdi”
3552
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.