Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş deputat Gülər Əhmədovanın işi üzrə məhkəmə prosesi başlayıb.
İlk hazırlıq iclasında çıxış edən Gülər
Əhmədova bildirib ki, Cəmil Həsənli onu 9 milyonluq xalqın qarşısında biabır
edib, "mandat alverçisi" adlandırıb: "Tələb edirəm ki, növbəti
məhkəmə iclasında ABŞ səfirliyindən, ATƏT-dən nümayəndələr, eləcə də Cəmil
Həsənli iştirak etsinlər".
Cəmil Həsənli Avropa.info-ya
açıqlamasında bildirib ki, Gülər xanım öz-özünü biabır edib: "Mən Gülər
Əhmədovanı ittiham etməmişəm. Gülər Əhmədova kimdir ki? Ondan çox böyük
adamların adını çəkmişəm. O məsələdə Gülər xanım çox kiçik adamdır".
"Məhkəmədən sizə çağırış gələrsə prosesə qatılarsınızmı?" sualını
keçmiş prezidentliyə namizəd belə cavablandırıb: "Məhkəmədə bu məsələ ilə
bağlı çox adama çağırış gəlməlidir. Konkret həmin prosesdə adı keçən, “atvyorka”
ilə çamadan açan, bilavasitə pul alan, pul verən adamların adı çəkilib. Hələ
məhkəmə onları çağırsın. Sonra növbə bizə çatsa, gedərik".
Moderator.az






























































































