“Azərbaycana qarşı təxribatçı qüvvələrin başında Lavrov dayanır” - Tofiq Zülfüqarov

“Azərbaycana qarşı təxribatçı qüvvələrin başında Lavrov dayanır” - Tofiq Zülfüqarov

Hazırda oxunan: “Azərbaycana qarşı təxribatçı qüvvələrin başında Lavrov dayanır” - Tofiq Zülfüqarov

35100

Rusiyanın XİN rəhbəri Sergey Lavrov erməni həmkarı ilə mətbuata açıqlama zamanı Cənubi Qafqaza “Zaqafqaziya”, Qarabağın ermənilərin məskunlaşdırılan hissəsinə “Dağlıq Qarabağ” dedi.

Yəni, tanınmayan coğrafi adları rəsmi formada sadalamaq beynəlxalq hüquqa görə nə dərəcədə düzgündür?

“Bu, diplomatiyanın gündəlik istifadə olunan üslublarıdır. Yəni, hansısa dioplomat, siyasətçi bu və ya digər terminləri istifadə edəndə öz mövqeyini göstərir. Məsələn, dünyada qəbul edilmiş ad Baltikyanı ölkələrdir.

Rusiyada siyasi baxımdan buna “Pribaltika”, yəni, özlərinə məxsus kimi qeyd edirlər. Həmçinin “Zaqafqaziya”, biz Cənubi Qafqaz deyirik, “Zaqafqaziya”nın isə onlara aidiyyatı var. Lavrov öz siyasi leksikonunda bu və ya digər münasibəti bildirir”.

Bizim.Media-ya mövzu ilə bağlı bunları deyən eks xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov əlavə etdi ki, Lavrov etnik mənsubiyyətinə görə etnik motivasiya olunan leksikanı istifadə edir:
 

MÖVZU İLƏ BAĞLI:

“Sərhəddəki erməni təxribatlarının hədəfi Bakı deyil” – Tofiq Zülfüqarov SİYASİ SİRRİN ÜSTÜN AÇDI


“Bu isə Rusiyanın maraqlarına uyğun deyil. Çünki Moskva-Bakı əlaqələrinin müxtəlif istiqamətlərində əlavə gərginliklər yaranır. Bəlkə də bu mövzunu həmişə diqqət mərkəzində saxlamalıyıq və özümüz üçün qeyd eləməliyik. Ümumiyyətlə, Rusiya rəhbərliyində müxtəlif qruplaşmalar var.

Bu qruplaşmaların isə müxtəlif mövzulara aid müxtəlif mövqeləri mövcuddur. Amma Rusiya-Azərbaycan əlaqələrində də belə qruplaşmalar var. 3 il bundan qabaq Soçidə Prezident İlham Əliyev və Putin görüşəndə xüsusilə bir fikir vurğulanmışdı ki, üçüncü qüvvələr Rusiya-Azərbaycan əlaqələrinin inkişafına maneçilik törədir. 

Hiss olunur və artıq hamıya bəllidir ki, əlaqələrimizin inkişfına ziyan gətirən qüvvələrin başında Sergey Lavrov dayanıb. Bunun səbəbi isə ilk növbədə onun milli mənsubiyyəti ilə bağlı olan məsələdir”.

Yəni, onun erməni mənşəli olması ilə əlaqədardır?
 

“Bəli, bəli. Bu heç kəsə sirr deyil və sizin ilk sualınızla bağlı məsələdə də onun bu mənsubiyyəti özünü biruzə verib”.


Politoloqun çıxışından anlaşılan budur ki, Lavrov etnik mənsubiyyətinə görə çxıışlarında Qarabağı “Dağlıq Qarabağ”, Cənubi Qafqazı isə “Zaqafqaziya” adlandırır.

Sonda Tofiq Zülfüqarov 2018-ci ildə bütün bunlar və Lavrovla bağlı yazdıqlarını da xatırlatdı. Hətta o vaxt Zaxarova aktuallaşan məsələlərə münasibət bildirərək Lavrova tuşlanan cümlələri əsassız kimi qələmə verib.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO