Ceyhun Bayramov Britaniya Şurasının Azərbaycan Nümayəndəliyinin rəhbəri ilə görüşdü - FOTO

Ceyhun Bayramov Britaniya Şurasının Azərbaycan Nümayəndəliyinin rəhbəri ilə görüşdü - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov Britaniya Şurasının Azərbaycan Nümayəndəliyinin rəhbəri ilə görüşdü - FOTO

35031

Ceyhun Bayramov Britaniya Şurasının Azərbaycan Nümayəndəliyinin rəhbəri Samr Şahın ölkəmizdəki fəaliyyət müddətinin başa çatması münasibətilə qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə XİN-in Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanın Britaniya Şurası ilə əməkdaşlığa əhəmiyyət verdiyini qeyd edən nazir Ceyhun Bayramov 28 ildir ki, ölkəmizdə fəaliyyət göstərən Britaniya Şurasının təhsil və mədəniyyət sahələrində həyata keçirdiyi layihələri yüksək qiymətləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və İran xarici işlər nazirləri telefonla danışdı


Nazir Ceyhun Bayramov Azərbaycan üçün tarixi bir mərhələdə ölkəmizdə fəaliyyət göstərən Samr Şaha gələcək işlərində uğurlar arzulayıb, habelə Britaniya Şurasının ölkəmiz üzrə Nümayəndəliyinin yeni rəhbəri ilə də faydalı və məhsuldar əməkdaşlığın həyata keçiriləcəyinə inam ifadə edib.

Samr Şah Azərbaycanda çalışdığı müddətdə Şuranın əməkdaşları ilə birgə görülmüş işlərdən məmnunluqla danışıb, bu xüsusda xoş xatirələri ilə bölüşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO