Rusiyada yaşayan azərbaycanlı politoloq Əbdül Nağıyev Cənubi Qafqazda gərginliyin artacağı ilə bağlı sensasion proqnoz verib.
Bizim.Media xəbər verir ki, politoloq öz “Facebook” hesabından etdiyi paylaşımda Azərbaycanla Ermənistan arasında növbəti savaşın baş verməsi ehtimallarının yüksək olduğunu qeyd edib:
“Dünyanın siyasi mərkəzlərinin Azərbaycan və Ermənistan arasındakı gərginliyin həlli ilə bağlı etdiyi analizlər onu göstərir ki, bölgədə 3-cü savaşın baş verməsi qaçılmazdır”.
MÖVZU İLƏ BAĞLI:
"Ərazi mübadiləsini istisna etmirəm" – Erməni deputat Qazaxın 7 kəndindən danışdı
Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında da, İrəvan rəsmisi tərəfindən Cənubi Qafqazda sülhü təhdid edən təhülkəli və absurd açıqlamalar verilib.
Murad Əhmədov, Bizim.Media