Heydər Əliyevlə Koçaryanın DİALOQU: “Vaqifin məqbərəsini də dağıtmısınız?” – Şair bu gün Şuşaya qayıtdı

Heydər Əliyevlə Koçaryanın DİALOQU: “Vaqifin məqbərəsini də dağıtmısınız?” – Şair bu gün Şuşaya qayıtdı

Hazırda oxunan: Heydər Əliyevlə Koçaryanın DİALOQU: “Vaqifin məqbərəsini də dağıtmısınız?” – Şair bu gün Şuşaya qayıtdı

34843

“2001-ci ildə Strasburqda Prezident Heydər Əliyevin Köçəryanla görüşünün rəsmi hissəsindən sonra aralarında belə bir söhbət olur. Xatirələrin müəllifi dövrün XİN Vilayət Quliyevdir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Əziz Əlibəyli özünün Facebook səhifəsində yazıb.

Dialoqun məğzi təxminən belə olub:

- Mənim təşəbbüsümlə Şuşada Vaqifin məzarı üzərində məqbərə tikilmişdi. Vaqif bizim böyük şairimizdir, Qarabağ xanlığının vəziri olub. Məqbərə nə vəziyyətdədir? Onu da dağıtmısınız?

- Başımız açılana qədər bütün alüminium hissələrini, mərmər üzlükləri söküb aparmışdılar. Karkası isə durur.

- Ümidvaram ki, bu işdə sənin əlin olmayıb...

- Nə danışırsınız, Heydər Əliyeviç...

Prezidentin sifətindəki ifadədən qarşısında dayanan bu məxluqdan iyrəndiyi açıq-aşkar oxunurdu.
 

MÖVZU İLƏ BAĞLI:

"Şuşa Qarabağın tacıdır" – İLHAM ƏLİYEV


Erməni heyəti aralanandan sonra mərhum Prezident heç kəsə müraciət etmədən sanki öz-özü ilə danışırmış kimi "Gözünün içinə qədər yalan deyir. Quldurbaşının böyüyü özüdür" deyib.

Bu gün Şuşada Prezident və Xanımının iştirakı ilə Vaqif Poeziya Günlərinin açılışı olub.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya günləri Şuşa işğaldan azad edildikdən sonra dogma şəhərində ilk dəfədir təşkil olunur.

Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə keçiriləcək tədbir iki gün davam edəcək.


Poeziya günləri çərçivəsində çıxışlar, ədəbi simpozium, sərgilərin açılışı olacaq. Vaqif də Şuşaya qayıtdı, Şuşa bizim qələbəmizin paytaxtıdır.

Allah şəhidlərimizə rəhmət eləsin”.

Bizim.Media



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO