Amerikada yeni Azərbaycan diaspor təşkilatı yaradıldı

Amerikada yeni Azərbaycan diaspor təşkilatı yaradıldı

Hazırda oxunan: Amerikada yeni Azərbaycan diaspor təşkilatı yaradıldı

34472

Amerikada yeni Azərbaycan diaspor təşkilatı yaradılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-ya bildirilib ki, Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının idarə heyətinin üzvləri Kamran QarayevƏsmər Hüseynovanın birgə təşəbbüsü ilə ABŞ-ın Yuta Ştatında fəaliyyət göstərən “Yuta–Azərbaycan Dostluq Təşkilatı” rəsmi qeydiyyatdan keçib.

Bu barədə Yuta Ticarət Nazirliyinin korporasiya və kommersiya kodeksi şöbəsinin direktoru Li Veylettin Yuta–Azərbaycan Dostluq Təşkilatına ünvanladığı məktubda məlumat verilib.

Məktubda bildirilib ki, təşkilat Yuta Ştatının qanunvericiliyinə müvafiq olaraq hüquqi şəxs qismində qeydə alınıb.

Qeyd edək ki, yeni təşkilatın rəhbəri Amerika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü, Yuta–Azərbaycan İcmasının nümayəndəsi Əsmər Hüseynovadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO