Elnur Abdullayev vəzifəsindən kənarlaşdırıldı

Elnur Abdullayev vəzifəsindən kənarlaşdırıldı

Hazırda oxunan: Elnur Abdullayev vəzifəsindən kənarlaşdırıldı

34461
Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəhbəri Elnur Abdullayev tutduğu vəzifədən azad edilib.
 
Sfera.az-ın əldə etdiyi məlumata görə, onun işdən azad edilməsi bu dəqiqələrdə reallaşıb. Onun yerinə Həbib Həsənov təyinat alıb. Elnur Nazim oğlu Abdullayevin yeni vəzifəyə təyinat alacağı gözlənilir. 

Xatırladaq ki, nəqliyyat naziri Ziya Məmmədovun 03 avqust, 2015-ci il tarixli əmri ilə Elnur Nazim oğlu Abdullayev Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdi.

Bundan əvvəl isə E.Abdullayev "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin baş direktoru vəzifəsində çalışıb.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO