Nizami Cəfərov:

Nizami Cəfərov: "Adam gərək bacardığı işlə məşğul olsun"

Hazırda oxunan: Nizami Cəfərov: "Adam gərək bacardığı işlə məşğul olsun"

34313

 “Ölkəmizin inkişaf strategiyası var. Onu qaralamaq mümkün deyil. Bu gün dostlarımız da, düşmənlərimiz də etiraf edirlər ki, İlham Əliyevin alternativi yoxdur.

Bu sözləri Milli.Az-a açıqlamasında millət vəkili Nizami Cəfərov deyib.

Onun sözlərinə görə, ölkəmizdə sürətli inkişaf getdiyi halda, müxalifətdə geriləmə prosesi gedir. Milli Şura və digər bu kimi keçmişdə qalmış qurumlar yaradırlar. Millət vəkili hesab edir ki, bu cür qurumları yaratmağın heç bir mənası yoxdur.

“Cəmil Həsənlini biz həmişə yaxşı alim və tarixçi kimi tərifləmişik. Ancaq adam gərək bacardığı işlə məşğul olsun. Dövlət idarəçiliyi tamam ayrı sahədir. Cəmil Həsənli heç bir rayonu da idarə edə bilməz. İdarəçilik ayrı bir şeydir”, - N.Cəfərov vurğulayıb.

Həmsöhbətimiz Cəmil Həsənlinin televiziya debatlarındakı çıxışına da münasibət bildirib.

“Bu debatlarda əsas iş olan ölkənin taleyi qalır bir tərəfdə, məsələyə dəxili olmayan söhbətlər edirlər. Bir vaxtlar belə şeylərin reaksiyası olurdu, maraq doğururdu. İndi o da heç maraq doğurmur”, - o əlavə edib.

Moderator.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO