Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam ölkələri gənclərinə müraciət edib.
Bizim.Media xəbər verir ki, prezident İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun 4-cü Baş Assambleyası toplantısına göndərdiyi videomesajda müsəlman gənclərinə öz tövsiyyələrini verib.
“Bu gün bizim məcburi ölkəsini tərk edib, qaçarkən faciələrlə üzləşən insanların kədərləri ürəyimizi dağlayır. Bir tərəfdə aclığın, yoxsulluğun, bir tərəfdə müharibənin davam etdiyi bu ədalətsizliyin hökm sürdüyü dünyada bu vəziyyət çox davam edə bilməz. Müsəlmanlar artıq qarşılaşdıqları ədalətsizlik qarşısında susmamalı və səslərini daha da ucaltmalıdırlar. Bunun əsas yolu aramızda olan islam qardaşlığımızı möhkəmləndirməkdir. Müsəlmanlar səbr göstərib imperialistlərin tələsinə düşməməyə çalışmalıdır. Bu missiyada ən önəmli vəzifə isə müsəlman gənclərinin üzərinə düşür. Müsəlmanlığımızı qardaşlığımız kimi möhkəmləndirməliyik. Bu mübarizədə heç vaxt terrora qoşulub, ədalətimizi itirməməliyik.
Elmə verdiyimiz dəyərləəri möhkəmləndirib, biliklərimizi artırmalıyıq. Sizləri siyasətdə, idmanda, iqtisadiyyatda və digər sosial yerlərdə aktiv görmək istəyirik. Rəbbim hamımızın köməkçisi olsun”
Xatırladaq ki, İstanbulda keçirilən tədbirdə Azərbaycanı İdman Gənclər Nazirinin müavini Fərhad Hacıyev, İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya regional mərkəzinin rəhbər heyəti Elçin Əsgərov, Elməddin Mehdiyev, bir çox QHT və media rəhbərləri təmsil edir.
Tədbirə Bizim.Media xəbər portalının Baş redaktoru Anar Tahirov da qatılıb.
Toplantı sabah da işini davam etdirəcək.
Bizim.Media