ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistanı atəşkəsə dair öhdəliklərinə əməl etməyə və gərginliyi azaltmaq üçün dərhal addımlar atmağa çağırıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı xarici mətbuat yayıb.
"Birləşmiş Ştatlar münaqişənin uzunmüddətli siyasi həllinə nail olmaq üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında tərəfləri ən qısa müddətdə əsaslı danışıqlara qayıtmağa çağırır".
ABŞ Dövlət Departamentinin mesajında belə deyilir.
MÖVZU İLƏ BAĞLI:
ABŞ niyə Əfqanıstandan üz döndərib?
Vaşinqtona görə, Azərbaycan-Ermənistan sərhədində davam edən gərginlik yalnız iki ölkə arasındakı münasibətlərin normallaşdırılmasından və bölgə xalqlarının bir-biri ilə sülh şəraitində yaşamasından sonra aradan qaldırıla bilər.
Bizim.Media