Metsamor AES-də SON HƏDD - Sədərəklə Zəngilan təhlükə altındadır – FOTO

Metsamor AES-də SON HƏDD - Sədərəklə Zəngilan təhlükə altındadır – FOTO

Hazırda oxunan: Metsamor AES-də SON HƏDD - Sədərəklə Zəngilan təhlükə altındadır – FOTO

32568

Ermənistandakı Metsamor atom elektrik stansiyası qəzaya uğrasa bu ətraflar fəlakətlə üz-üzə gələcək. 

Bizim.Media xəbər verir ki, 1988-ci ildə zəlzələdən ziyan görən AES 1995-ci ilə qədər bağlı saxlanılırdı. Sonra yenidən açıldı və hələ də fəaliyyətdədir. Qəzalı vəziyyətdə olan bu AES-in quruluşu Çernobilin quruluşu ilə eynidir. 

İrəvandan 32 km məsafədə yerləşir. Sədərək rayonu ilə təxminən 75 km məsafə var. Bu isə o deməkdir ki, Metsamorda Çernobıl hadisələri təkrarlanarsa, Azərbaycana da ziyan dəyəcək.

Ən çox ziyan görəcək ərazilər bunlardır:

a) İrəvan və Ermənistanın bütün şəhərləri.

b) Bütünlüklə Naxçıvan, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa-Qazax, Gəncə, Mingəçevir, Goranboy, Bərdə və Qarabağın hər yeri.

c) İranda Xoy, Təbriz ətrafı və s.

d) Türkiyənin də Ermənistanla sərhəddən 250 kilometr məsafədə olan əraziləri, ən çox Qars.

e) Gürcüstan paytaxtı da daxil, demək olar ki, Batumdan başqa bütün şəhərləri... 

Ermənistanın digər qlobal fəlakətdən başqa ekoloji terror təhdidləri də mövcuddur. Onlardan birincisi elə suyunu zəhərləyib yararsız hala salan Oxçuçayla bağlıdır. BMT rəsmisi də Zəngilan rayonu ərazisindən keçərək Araz çayına tökülən, Ermənistan tərəfindən ekoloji terrora məruz qalan Oxçuçayın zəhərli tullantılarla çirkləndirilməsinə münasibət bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

"Laçın dəhlizində postumuz qurulacaq..." – Bakı sentyabrın 27-si üçün nə planlaşdırır?


Ən böyük təsisatın Ətraf Mühit Proqramının (UNEP – “The United Nations Environment Programme”) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Keişamaza Rukikaire məsələdən xəbərsiz olduqlarını deyib:

“Azərbaycan dövləti bu məsələ ilə bağlı BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə əlaqə yaratmayıb. Ancaq tələb olunarsa, Ətraf Mühit Proqramı təcrübə və səlahiyyətlərimiz daxilində Azərbaycana kömək göstərməyə hazırdır. Bunu BMT-nin Azərbaycandakı Rezident Koordinatorunun koordinasiyası və rəhbərliyi altında edə bilərik”

Əslində BMT TŞ-nın Qarabağla bağlı 4 qətnaməsinin 30 ilə yaxın müddətdə icra olunmaması təşkilatın Oxçuçayla bağlı da nəsə etməsini inandırıcı etmir. Amma bütün dünya bilir ki, ermənilərin Oxçuçayı zəhərləməsi Zəngilan daxil, Araz çayı, İran və Xəzəryanı dövlətlər üçün də ekoloji terrordur.

Foto və videonu təqdim edirik:

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO