Ankara və Moskvanın məsuliyyət daşıdığı MƏQAM – Bakı nəyə etiraz edir? - Tofiq Zülfüqarovdan ŞƏRH

Ankara və Moskvanın məsuliyyət daşıdığı MƏQAM – Bakı nəyə etiraz edir? - Tofiq Zülfüqarovdan ŞƏRH

Hazırda oxunan: Ankara və Moskvanın məsuliyyət daşıdığı MƏQAM – Bakı nəyə etiraz edir? - Tofiq Zülfüqarovdan ŞƏRH

32387

Qarabağ mövzusunda Bakıdan Moskva və Tehrana etirazlar artır. Son günlərki sərt reaksiyanı necə şərh edərdiniz?

“Bütün bunların bir məsələ ilə bağlılığı var. O da Laçın koridorunun fəaliyyətinə aiddir. Uzun müddətdir ki, Azərbaycan tərəfi narazılıq edir ki, rus sülhməramlılarının nəzarəti altında olan eksteritorial koridorda Azərbaycanın nəzarəti və icazəsi olmadan müxtəlif xarici ölkələrin vətəndaşları bu dəhlizdən istifadə edir”.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyana verilən SON TAPŞIRIQ: “Rus əsgəri yaralanmalı və ya öldürülməlidir...”


Politoloq Tofiq Zülfüqarov Bizim.Media-ya açıqlamasında onu da bildirib ki, bəzi məlumatlara görə Laçın koridorundan Ermənistan hərbçiləri də keçir:

“Dəhlizdən İran vətəndaşları da istifadə edirlər. Təbii ki, bu, qəbuledilməzdir. Məsələnin birbaşa Zəngəzur koridoru ilə də bağlılığı var. Çünki 10 noyabr üçtərəfli bəyanatında göstərilir ki, 2 eksteritorial koridor yaranmalıydı. Biri Zəngəzura aparan dəhliz, biri də Laçın koridoru. Zəngəzur dəhlizi ona görə eksteritorial adlanır ki, koridora rus sərhədçiləri nəzarət etməliydi. Bu baxımdan Ermənistan belə bir eksteritorial koridorun yaradılmasından imtina edib”.

Amma buna rəğmən ermənilər Laçın koridorundan istifadə edirlər? 

“Bəli. Amma Laçın dəhlizindən istifadə edirlər, özü də qanunsuz. Ermənistan mətbuatında isə göstərilir ki, mart ayından etibarən erməni hərbçiləri Laçın koridorundan istifadə etmirlər. Yəni, rotasiya üçün ora hərbçilər göndərilməyib. Belə bir ümid də var idi ki, Ermənistan hərbçiləri oranı tam tərk edəcəklər. Amma indi proses təzədən başlayıb”.

Avqustun 11-də “Telegram” kanallarında ermənilərin Qarabağda səngər qazmaqları, istehkamlar qurması paylaşılıb.


Görüntülərə baxanda ilk yaranan təəssürat separatçı səngərlərinin Xocavəndi mühasirəyə almasıdır. Bu gedişat hara aparır?

“Doğrusu, o barədə fikirləşəndə belə bir nəticəyə gəlmişəm ki, Qarabağda olan ermənilərin Ermənistan və xarici ölkələrə axını güclüdür deyə (yəni qaçırlar) onların səngərdə durmağa canlı qüvvəsi də yoxdur. Postlarda xidmət eləməyə adam tapmırlar. Ona görə də Ermənistandan Qarabağa hərbçilər gətirməyə başlayıblar. Digər tərəfdən də bu Azərbaycanın suverenliyinə ziddir. Çünki təhlükəsizliyi gərək sülhməramlılar təmin etsin. Qarabağdakı postlarda dayanan və ermənilərdən ibarət qeyri-qanuni hərbi birləşmələr vaxtında tərkisilah olunmalıydı. Azərbaycan bu məsələlərə tənqidi yanaşır və qəbul eləmir. İctimaiyyətin də narazılığı artır. Çox ciddi məsələlər yığılıb ki, onların da yüksək səviyyədə müzakirəyə ehtiyacı var.
 

İstisna etmirəm ki, bu məsələlərin bir hissəsi Azərbaycan Prezidenti Rusiyada olanda Putinlə görüş zamanı hansısa formada həllini tapıb.


Amma bəzi məsələlər hələ də gündəmdədir və ciddi ölçülər götürülməlidir. Çünki biz görürük ki, 10 noyabrda imzalanan bəyanatdan tərəflər üçün irəli gələn öhdəliklərin bir hissəsini Ermənistan yerinə yetirmir. Və bundan açıq formada imtina ediblər. Bu sənəd Rusiyanın vasitəçiliyi ilə qəbul olunub. Biz də ilk növbədə bu məsələləri vasitəçi Rusiyanın önünə qoymalıyıq ki, belə problemlər var. Həm Moskva, həm də Ankara ilə ciddi siyasi müzakirələr getməlidir.”

Müzakirələrlə Bakıya sərf edən nəticə əldə olunmasa, Azərbaycanın Qarabağda növbəti antiterror əməliyyatı reallaşa, yaxud III Qarabağ savaşı başlaya bilərmi?

“Hesab edirəm ki, bu məsələlər siyasi yollarla həllini tapacaq. Amma mövzunun aktuallığını Ankara ilə Moskva qarşısında qaldırmalıyıq”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO