SON DƏQİQƏ! - Ermənistan ordusu Naxçıvanı atəşə tutdu

SON DƏQİQƏ! - Ermənistan ordusu Naxçıvanı atəşə tutdu

Hazırda oxunan: SON DƏQİQƏ! - Ermənistan ordusu Naxçıvanı atəşə tutdu

32276

Bu gün saat 16:20-dən 21:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Göysu yaşayış məntəqələrində və Çəmbərək rayonu ərazisində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad, Gədəbəy rayonunun Qalakənd və Zamanlı yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan, o cümlədən snayper tüfənglərindən atəşə tutub.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO