Paşinyan ordu islahatlarına başlayacağını deyib

Paşinyan ordu islahatlarına başlayacağını deyib

Hazırda oxunan: Paşinyan ordu islahatlarına başlayacağını deyib

3190

"Baş verənləri ciddi şəkildə təhlil etməli, harada və niyə səhv etdiyimizi, bu səhvlərdən nəticə çıxarmaq üçün nəyin lazım olduğunu anlamalıyıq”.

Bizim.Media erməni mətubatına istinadla xəbər verir ki,  Ermənistanın baş naziri Nikol Paşinyan  yeni müdafiə naziri Vaqarşak Arutyunyanı nazirliyin heyətinə təqdim edərkən bu sözləri deyib.

O, Qarabağdakı məğlubiyyətdən sonra Ermənistan Silahlı Qüvvələrində islahatların aparılmasının vacibliyini qeyd edib.

“Orduda və silahlı qüvvələrdə islahatların aparılması zərurəti ilə üzləşdiyimiz açıqdır. Ordunun uğurlu fəaliyyəti üçün Silahlı Qüvvələrdə sağlam ənənələri pozmadan yeni bir məntiq, yeni taktika və strategiya qurmaq lazımdır”-deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO