Prezident KOBİA ilə bağlı FƏRMAN İMZALADI 

Prezident KOBİA ilə bağlı FƏRMAN İMZALADI 

Hazırda oxunan: Prezident KOBİA ilə bağlı FƏRMAN İMZALADI 

31882

“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. 

Fərmana əsasən, 3.1.28-ci yarımbənd aşağıdakı redaksiyada verilir:

“Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların (sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün normativ hüquqi aktlarda nəzərdə tutulan sənədlər, ödəniləcək vergi və rüsumlar, hesabatlar, lisenziya və icazələr və s.) mərkəzləşdirilmiş qaydada əldə edilməsini asanlaşdırmaq məqsədilə “e-KOB evi” portalının (bundan sonra – portal) yaradılmasını, fəaliyyətini, portalda “Sahibkarın elektron kabineti” və “Biznes Naviqator” altsistemlərinin yaradılmasını, dövlət orqanları (qurumları) tərəfindən KOB evlərində göstərilən və Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edilmiş, habelə Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra − EHİS) inteqrasiya olunmuş elektron xidmətlərin, EHİS vasitəsilə portal üzərindən elektron formada göstərilməsini təmin etmək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO