Bayden Toni Blinkeni dövlət katibi  təyin edəcək

Bayden Toni Blinkeni dövlət katibi  təyin edəcək

Hazırda oxunan: Bayden Toni Blinkeni dövlət katibi  təyin edəcək

3171

ABŞ-da keçirilmiş prezident seçkilərində qalib gəldiyini elan edən demokrat namizəd Cozef Bayden dövlət katibi vəzifəsinə kimin təyin olunacağını müəyyən edib.

Bizim.Media xəbər verir ki, bu barədə “The Hill” qəzeti məlumat yayıb.

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın administrasiyasında çalışmış sabiq məmur dövlət katibi vəzifəsinə Baydenin çoxdankı müttəfiqi Toni Blinkenin təyin olunacağını bildirib.

Namizədin rəsmi adının gələn həftə açıqlanacağı qeyd edilib.

58 yaşlı Blinken 2015-2017-ci illərdə ABŞ dövlət katibinin müavini olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO