Avropalılar düşmənçilik edir başqa xalqların qanı tökülür - PƏRDƏARXASI MƏQAMLAR 

Avropalılar düşmənçilik edir başqa xalqların qanı tökülür - PƏRDƏARXASI MƏQAMLAR 

Hazırda oxunan: Avropalılar düşmənçilik edir başqa xalqların qanı tökülür - PƏRDƏARXASI MƏQAMLAR 

31608

1918-ci Fransa Livanı işğal edib və 1920-ci ildə Britaniya ilə imzalanan sövdələşməyə görə Livan Fransanın mandatlığı altında idarə olunan dövlətə çevrilir. 1968-ci ildə isə Livan ərazisində Fələstin müqavimət hərəkatının fəaliyyət göstərməsi İsrailin Livana təzyiq bəhanəsinə çevrilir.

Bizim.Media xəbər verir ki, 1978-ci ildə İsrail Livanın cənub rayonlarını işğal edir.

Sonradan İsrail o torpaqlardan çıxsa da, Livana BMT qoşunları yeridilsə də, 2006-cı ildə Hizbullah vəziyyəti dəyişir.

Belə ki, Hizbullahın muxtariyyət parlament seçkilərində qələbəsi İsrailin hücumuna səbəb olur və Tel-Əviv bütün terrorçu məntəqələrini dağıdır. Lakin hazırda tarix təkrarlanır. Fransa-Britaniya gizli düşmənçiliyi davam edir

1979-cu ildə Rza Pəhləvinin devrilməsi və Ruhullah Musəvi Xomeyninin liderliyi ilə islam respublikasının yaranması regionda situasiyanı dəyişdi. Buna Yaxın Şərqdə Fransa-Britaniya mübarizəsi deyənlər də olub. Çünki Xomeyni Parisdə məskunlaşmış və şah devriləndə Fransadan İrana qayıdıb. Hakimiyyətə gələn kimi isə İranın ABŞ və İsrailə qarşı siyasəti kəskin sərtləşib. Bu sifarişin Eyfeldən verildiyi isə çox eksperti düşündürür. Çünki ABŞ-İsrail Böyük Britaniyanın başçılıq etdiyi siyasi zəncirin bir hissəsidir və Paris onların kölgəsində qalmaq istəmirdi.

Çünki fransızlar üçün ingilislər tarixi düşməndir, onların orta əsr müharibələri, müstəmləkə uğrunda mübarizələri də buna sübutdur. 

Hətta ABŞ yeni yarananda Amerikanın İngiltərə nəzarətindən qopmasına fransızlar qədər sevinən yox idi. Yoxsa onlar Azadlıq heykəlini Nyu-Yorka göndərməzdilər. Lakin hadisələr Fransanın istədiyi kimi cərəyan etmədi, çünki amerikalıların əksəriyyəti anladı ki, əslində onlar elə britaniyalıdır. Ona görə də hazırda ABŞ-Britaniya vahid siyasi xətti mövcuddur. Bu siyasi xətt isə Fransanın nəzarətində olan ölkələri də öz təsir bayraqları altına salmaq istəyir. Yoxsa Bəşər Əsədin başına Suriya müsibətlərini gətirməzdilər. Siyahıya İrana qarşı sanksiyaları da daxil etmək olar. Britaniyanın Avropa İttifaqından çıxması da məsələyə aydınlıq gətirmək kimidir.

Siyasi aysberqin görünməyən tərəfi 

Qüds-London-Vaşinqton gedişləri son illər daha da gücləndiyindən bu reallıqlara Almaniyanın da etiraz gücü qalmayıb. Qütbləşməyə dirənən tərəfin Rusiya olduğu üçün Paris Moskva ilə əlaqələrini daha da möhkəmləndirmək istəyir. Çünki həm Suriya, həm İran, həm də Qəzza zolağı, Fars körfəzində bu dövlətlərin ortaq maraqları mövcuddur. Həmin maraqlar isə ABŞ-Britaniya kursuna ziddir. Versal-Kreml ambisiyalarının reallaşması üçün isə Pekinin bu blokda olması vacibdir. Çin isə heç bir bloka üzv olmadan da iqtisadi məqsədlərinə çatır.

Yəni...

Yəni, Fransa-Rusiya yaxınlaşması ABŞ-Britaniya qütbünün yanında gücsüzdür deyə III Dünya savaşından qaçılacaq. Fransanın NATO üzvlüyü də bu təhdidi qarşılamaq üçündür. Belə olan halda isə, Suriya, İran, Livan və Yəməndə Fransanın maliyyə ayırdığı şiə idarəçilik və iğtişaşları "ingilis parçalanmaları" ilə əvəzlənəcək. Yeni yaranan respublikalar da olacaq, müəyyən dövlətlərin tərkibinə qayıdan, yaxud birləşdirilənlər də...Hələki planda Ukrayna, Rusiya, Gürcüstan, İran və Suriya xəritədəyişmələri sezilir. Nəticədə, Fransa ilə Rusiyanın Yaxın Şərq, Qara dəniz və Qafqazdakı təsir dairələri daralacaq.

Amma çox maraqlı bir məsələ var: Bu dövlətlərin düşmənçiliyinin əzabını başqa xalqlar çəkir, heç bir silahlı qarşıdurma onların öz ərazilərində cərəyan eləmir!  Öncə ABŞ, ardınca da Avropa bütün müharibələri öz ərazilərindən uzaqlaşdırıb “azadlıq”, “demokratiya” və s. bayraqlarla silahlarını başqa xalqların ərazisində sınaqdan keçirirlər və öz düşmənçiliklərini aparırlar. Həm də bu ölkələri talamaqla məşğuldurlar. Əla industriyadır!

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO