10 noyabr razılaşmasının pozulan bəndləri – HANSILARDIR?

10 noyabr razılaşmasının pozulan bəndləri – HANSILARDIR?

Hazırda oxunan: 10 noyabr razılaşmasının pozulan bəndləri – HANSILARDIR?

31574

44 günlük müharibənin sonu olaraq 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında hərbi əməliyyatların bitməsi və atəşkəs barədə birgə bəyanat imzalanıb.

Bizim.Media xəbər verir ki, birgə bəyanatın mətnində əsas 9 bənd var.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan İranda yenə TƏXRİBAT EDƏCƏK – Bu dəfə “Qarabağ Ermənistandır” deyə biləcəkmi?


Bəndlərdən birincisi Qarabağın ermənilər sıx yaşayan, sülhməramlıların məsuliyyət zonasında hərbi əməliyyatların dayandırılmasıdır.

Lakin bəyanatdan sonra da erməni separatçıları həmin zonada müxtəlif təxribatlara əl atıb. Hazırda məhkəmə prosesi gedən və bir qrupu mina xəritələri ilə əvəzlənən diversantlar da məhz belə silahlı insidentlərin müəllifləridir. 

Bəyanatın 4-cü bəndində göstərilib ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. 

Ancaq hazırda Qarabağa köçürülüb orada yaşayan 25-30 min ermənidən 10 mini qanunsuz erməni silahlı birləşmələridir. Bu isə Ermənistanın üzərinə götürdüyü şərtləri pozması deməkdir. Əslində Qarabağdakı ermənilərin tərkisilah olunmaması sülhməramlı missiyanın da qəbahəti sayılır. Çünki müvafiq bənddə erməni silahlı qüvvələrinin Qarabağdan 5 il ərzində yox, sülhməramlı kontingent yerləşdirilən kimi, dərhal çıxarılması qeyd olunub.

Birgə bəyanatın 7-ci bəndi belədir:

Daxili məcburi köçkünlər və qaçqınla Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır.

Qeyd edək ki, Azərbaycan işğaldan azad etdiyi rayonlarda bərpa işləri aparır deyə məcburi köçkünlərin həmin torpaqlara qaytarılması zamanın işidir. Amma Xankəndində yaşayış şəraiti olsa da, 16 min azərbaycanlı ora qaytarılmayıb. Siyahıya Xocalını da əlavə etmək olar. Buna şərait yaratmayan əsas amil isə İrəvanın hələ də Qarabağda saxladığı "Artsax" qondarma rejimidir. Düzü, sülhməramlılar da Araikin idarə etdiyi qondarma rejimi ləğv etmir. Amma etməlidir.

9-cu punktda bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası da var ki, ermənilər bu mövzuda da vaxt uzatmaq, atdıqları imzadan boyun qaçırtmaq mövqeyi tutublar.

Yeri gəlmişkən, Zəngəzur dəhlizinin açılması da bu bəndlə razılaşdırılıb:

Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin edilməlidir. 

Ermənistan sözdən əmələ keçməkdə isə hələ də yubanır. Azərbaycan isə tələsmir. Onsuz da 30 il gözləmişik, qalib şəraitdə bir-iki il də gözləmək olar!

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO