Azərbaycan Milli Məclisinin sədri İran Prezidenti ilə görüşdü

Azərbaycan Milli Məclisinin sədri İran Prezidenti ilə görüşdü

Hazırda oxunan: Azərbaycan Milli Məclisinin sədri İran Prezidenti ilə görüşdü

31488

İran Prezidentinin andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu gün İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, Milli Məclisin sədri və nümayəndə heyətinin üzvlərini salamlayan Prezident Seyid İbrahim Rəisi onun andiçmə mərasimində iştirak etdiyinə görə Azərbaycan nümayəndə heyətinə təşəkkür edib.

O, Vətən müharibəsində əldə etdiyi qələbə münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib. İran Prezidenti Azərbaycan xalqına firavanlıq və xoş günlər arzulayıb.

Milli Məclisin sədri Prezident İlham Əliyevin salamlarını və təbriklərini İran Prezidentinə çatdırıb.

Spiker bildirib ki, Azərbaycan dost və qonşu ölkə olan İranla əlaqələrin inkişafına həmişə böyük diqqət yetirib və gələcəkdə də bu əlaqələri dərinləşdirmək niyyətindədir.

Sahibə Qafarova qeyd edib ki, siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığımız xalqlarımızın ümumi mənafelərinə xidmət edir:

“Parlamentlər səviyyəsində də əməkdaşlığımız dövlətlərarası münasibətlərin daha da möhkəmlənməsində önəmli rol oynayır. Bu sahədə parlamentlərimizdə fəaliyyət göstərən qarşılıqlı işçi qruplarının üzərinə böyük vəzifələr düşür. Hər iki ölkənin nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, aparılan fikir mübadiləsi əlaqələrimizin daha da möhkəmləndirilməsində mühüm əhəmiyyətə malikdir”.

Sahibə Qafarova diqqətə çatdırıb ki, iqtisadi, ticarət və humanitar münasibətlərimizin inkişafında Azərbaycanla İran arasında mövcud olan Dövlətlərarası Müştərək Komissiya uğurla fəaliyyət göstərir.

İran Prezidenti Seyid İbrahim Rəisi Prezident İlham Əliyevin təbriklərinə görə minnətdarlığını bildirib və onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO