Prezident: «Təxribat törədilərsə 10 qatını alacaqlar»

Prezident: «Təxribat törədilərsə 10 qatını alacaqlar»

Hazırda oxunan: Prezident: «Təxribat törədilərsə 10 qatını alacaqlar»

3117

«Hər kəs bunu bilsin. Özümüzü müdafiə etmək üçün istənilən addımı atacağıq. Öz vətəndaşlarımızı müdafiə etmək üçün istənilən addımı atacağıq və heç kim bizi saxlaya bilməz».

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev xalqa müraciətində deyib

Dövlət başçısı bildirib ki, heç kim bizim qabağımızda dura bilməz, bizə şərt qoya bilməz:

"Bizə müharibənin ilk günlərində şərt qoymaq istəyən, hədələmək istəyən, şərləmək istəyən ölkələrin, bəzi Qərb ölkələrinin nümayəndələri sərt cavabımızı aldılar".

"Gördülər, biz o ölkələrdən deyilik ki, kiminsə qabağında baş əyək və mən də o liderlərdən deyiləm ki, kimdənsə nə isə qəbul edim, hansısa sözü".

"Artıqlaması ilə cavab vermişəm və verəcəyəm lazım gəldikdə".

"Ona görə əgər erməni faşizmi bir də baş qaldırsa, əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, 10 qatını alacaqlar, 10 qatını və heç kim bizi durdura bilməz".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO