Polis Akademiyasının yeni rəisi kimdir?- DOSYE

Polis Akademiyasının yeni rəisi kimdir?- DOSYE

Hazırda oxunan: Polis Akademiyasının yeni rəisi kimdir?- DOSYE

3103

Daxili İşlər Nazirliyinin Polis Akademiyasına yeni rəis təyin edilib.

Bizim.Media -nın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, polis polkovniki Canpolad Daanov Polis Akademiyasına rəis təyin olunub.

Qeyd edək ki, C. Daanov bu təyinatadək Polis Akademiyasının rəis əvəzi olub.

Canpolad Daanov 1981-ci ildə Balakən şəhərində anadan olmub.

2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinin bakalavr pilləsini, 2007-ci ildə isə həmin fakültənin magistraturasını fərqlənmə diplomları ilə  bitirib.

2004-cü ildən DİN-in Polis Akademiyasının “Cinayət hüququ” kafedrasında müəllim işləyib.

2005-ci ilin noyabr ayından 2019-cu ilin avqust ayına kimi DİN-in istintaq orqanlarında müstəntiq, baş müstəntiq, şöbə rəisinin müavini, şöbə rəisi və baş idarə rəisinin müavini vəzifələrində çalışıb.

İctimai asayişin, əhalinin dinc və təhlükəsiz yaşayışının qorunmasında, qanun aliliyinin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə xidməti vəzifələrin və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 01.07.2010-cu il tarixli 988 nömrəli  Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilıb.

Ailəlidir. İki övladı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO