Rəisinin andiçmə mərasiminə Azərbaycandan kimlər gedəcək? – Dünyanın gözü İrandadır

Rəisinin andiçmə mərasiminə Azərbaycandan kimlər gedəcək? – Dünyanın gözü İrandadır

Hazırda oxunan: Rəisinin andiçmə mərasiminə Azərbaycandan kimlər gedəcək? – Dünyanın gözü İrandadır

30939

Azərbaycan Parlamentinin spikeri Sahibə Qafarova İranın yeni seçilmiş prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasimində iştirak edəcək.

Bizim.Media xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Abbas Musəvi İRNA-ya açıqlamasında deyib.

O bildirib ki, xanım S.Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti cümə axşamı günü keçiriləcək rəsmi inaqurasiya mərasimində iştirak edəcək. 

Səfir qeyd edib ki, nümayəndə heyətinin tərkibində baş nazirin müavini Şahin Mustafayev, Azərbaycan XİN müavini və bir neçə yüksək vəzifəli şəxslər olacaq.

İran İslam Şurası Məclisinin (Parlamentin) idarə heyətinin nümayəndəsi Nizaməddin Müsəvi isə deyib ki, İranın yeni seçilən prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasimində 73 ölkədən 115 nümayəndə iştirak edəcək.

Onun sözlərinə görə, parlamentin binasında keçiriləcək mərasimdə tibbi protokola ciddi nəzarət olunacaq. Artıq 10 dövlətin prezidenti mərasimdə iştirak edəcəyini bildirib:

“Avqustun 5-də keçiriləcək mərasimə 20 dövlətin parlamentinin sədri, 11 xarici işlər naziri, 10 müxtəlif səviyyəli nazir və müxtəlif dövlət başçılarının xüsusi nümayəndələri qatılacaqlar. 
Bunlarla yanaşı, mərasimdə BMT-nin Baş katibi, Avropa İttifaqının, Avrasiya İqtisadi Birliyinin, İqtisadi Əməkdaşlıq Təşkilatının təmsilçiləri də iştirak edəcəklər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO