Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi Vladanka Andeyevanı qəbul edib.
XİN-dən Bizim.Media-ya verilən məlumata görə, Vladanka Andreyeva təyinatı ilə bağlı məktubun surətini nazir Ceyhun Bayramova təqdim edib.
Ceyhun Bayramov təyinatı münasibətilə yeni rezident əlaqələndiricini təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Nazir V.Andreyevanın zəngin təcrübəsinin Azərbaycanla BMT və təşkilatın qurumları arasında əməkdaşlığının daha da möhkəmləndirilməsinə töhfə verəcəyini ifadə edib.
Vladanka Andreyeva ölkənin BMT ilə 30 ilə yaxındır ki, mövcud olan yüksək səviyyəli əməkdaşlığının bundan sonra da davam edəcəyindən əminlik bildirib. Ölkə ilə bağlı ilkin təəssüratlarının çox yaxşı olduğunu bildirən rezident əlaqələndirici, birgə səylərin davam edəcəyini və mövcud əməkdaşlığın konkret nəticələrinin əldə olunmasına diqqətin yönəldiləcəyini qeyd edib. V.Andreyeva ölkənin həm Covid-19 təhdidi ilə mübarizəsini, həm də münaqişə sonrası bərpa prosesini yaşadığını vurğulayaraq, bu xüsusda Azərbaycanı dəstəkləməyə, heç kimin arxada buraxılmadığından əmin olmağa və daha yaxşı gələcək qurmağa hazırlıqlarını ifadə edib.
Görüşdə tərəflər, həmçinin azad olunmuş ərazilərdə həyata keçirilən yenidən qurma və bərpa işləri, minaların təmizlənməsi prosesi, habelə Dayanıqlı İnkişaf Məqsədləri-2030 gündəliyinin icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:58 / 02.08.2021
Ceyhun Bayramov BMT-nin rəsmisi ilə görüşdü - FOTO
Hazırda oxunan: Ceyhun Bayramov BMT-nin rəsmisi ilə görüşdü - FOTO
Hazırda oxunan: Ceyhun Bayramov BMT-nin rəsmisi ilə görüşdü - FOTO
30910
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.