ABŞ Bakı və İrəvanı əsaslı danışıqlara qayıtmağa çağırdı

ABŞ Bakı və İrəvanı əsaslı danışıqlara qayıtmağa çağırdı

Hazırda oxunan: ABŞ Bakı və İrəvanı əsaslı danışıqlara qayıtmağa çağırdı

30320

Amerika Birləşmiş Ştatları Ermənistan-Azərbaycan sərhədindəki son vəziyyəti pisləyib və tərəfləri münaqişənin uzunmüddətli siyasi həllinə nail olmaq üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında ən qısa müddətdə substantiv müzakirələrə qayıtmağa çağırıb.

Bizim.Media xəbər verir ki, ABŞ-ın Ermənistandakı səfirliyi Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Praysın müvafiq bəyanatını yayıb:
 

MÖVZU İLƏ BAĞLI:

Kəlbəcərlə sərhəddə baş verən atışmada bir erməni əsgər yaralandı


"Ermənistan-Azərbaycan sərhədində davam edən gərginlik bir daha vurğulayır ki, bölgə xalqlarının gələcək dinc yanaşı yaşaması üçün ölkələr arasındakı münasibətlərin normallaşdırılması yalnız həll olunmamış bütün məsələlərə toxunacaq hərtərəfli həll yolu ola bilər".

Amerika Birləşmiş Ştatlarının fikrincə, Ermənistan və Azərbaycan atəşkəs öhdəliklərinə əməl etməli və dərhal vəziyyəti sabitləşdirməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO