Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev Prezident yanında Dövlət İdarəçilik Akademiyasında tutduğu vəzifədən - Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri postundan azad edilib.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.
Qeyd edilib ki, Dövlət qulluğu və kadr siyasəti kafedrasına yeni müdir də seçilib. Belə ki, bu vəzifəyə Rəcəb Zakir oğlu Rəhimli təyinat alıb.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının bir müddət öncə bu ali təhsil ocağındakı 6 kafedraya müdir vəzifəsinin tutulması üçün elan etdiyi müsabiqə artıq yekunlaşıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:50 / 19.11.2020
Ramiz Mehdiyev vəzifəsini itirdi - SON DƏQİQƏ
Hazırda oxunan: Ramiz Mehdiyev vəzifəsini itirdi - SON DƏQİQƏ
Hazırda oxunan: Ramiz Mehdiyev vəzifəsini itirdi - SON DƏQİQƏ
3032
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.