Gürcüstana avtobus marşurutları açılır? – PROTOKOL İMZALANDI

Gürcüstana avtobus marşurutları açılır? – PROTOKOL İMZALANDI

Hazırda oxunan: Gürcüstana avtobus marşurutları açılır? – PROTOKOL İMZALANDI

30065

Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan – Gürcüstan Qarışıq Komissiyasının növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə gürcü mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycanın Nəqliyyat, Rabitə və yüksək texnologiyalar Nazirliyi bu barədə açıqlama verib.
 

MÖVZU İLƏ BAĞLI:

Gürcüstan 2024-cü ilədək tam AB üzvlüyü üçün müraciət edəcək


Məlumata görə, beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-Gürcüstan Qarışıq Komissiyasının növbəti iclasında ictimai nəqliyyatla Gürcüstana gediş-gəlişin bərpası məsələsi əsas müzakirə predmeti olub.

İclasda Azərbaycanla Gürcüstan arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişindaşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, daşımaların inkişaf perspektivləri və digər məsələlər müzakirə edilib.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyinin direktor əvəzi Nikolaz Qvenetadze əhalinin tələbatını nəzərə alaraq “COVID-19” pandemiyası şəraitində hər iki dövlətin səlahiyyətli orqanlarının müəyyən etdiyi qaydalara riayət etməklə müntəzəm sərnişindaşıma marşrutlarının bərpa edilməsini təklif edib. Bu məqsədlə aidiyyəti strukturlara müraciət edilməsinin zəruriliyi məqsədəuyğun hesab edilib.

Daşımaların inkişaf perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılaraq nəticədə müvafiq Protokol imzalanıb.

Qeyd edək ki, sözügedən protokolda yaxın vaxtlarda müntəzəm sərnişindaşıma marşrutlarının bərpa edilməsi ilə bağlı aidiyyəti strukturlara müraciət edilməsi nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO