"Financial Times" və "Politico" qəzetlərində yazılan məqalələr Fransa prezidenti Makronun təzyiqi ilə silinib.
Bizim.Media-nın məlumatına görə,bu barədə “ The New -York Times” xəbər yayıb.
Üstəlik, Fransa prezident adminstarasiyasından edilən qəzəbli zəngdən sonra “Financial Times” Makronun yazdığı təkzib məktubunu dərc edib və məqaləni silib.
"Financial Times"ın "Sekulyarizmin təhlükəli fransız dini" adlı məqaləsində Makron radikal sekulyarizmə və fransız cəmiyyətini qütblərə bölən islamofobiyaya görə tənqid olunurdu.
Yeri gəlmişkən bu barədə “The Nyu-York Times” "Makron Amerika mediasına qarşı" adlı yeni məqaləsində yazıb.
Göründüyü kimi, Makron yalnız söz azadlığı üçün sözdə danışır.
Amma reallıq ondan ibarətdir ki, o, özü də bu azadlığı boğur.
Bizim.Media