Əli İnsanovun dəstəyi Milli Şuraya nə verəcək?  - RƏY

Əli İnsanovun dəstəyi Milli Şuraya nə verəcək? - RƏY

Hazırda oxunan: Əli İnsanovun dəstəyi Milli Şuraya nə verəcək? - RƏY

29852

Hazırda məhbus həyatı yaşayan sabiq səhiyyə naziri Əli İnsanov Milli Şuraya dəstək verməsini açıqlayandan sonra mövzu həm iqtidar, həm də müxalifət düşərgəsində geniş müzakirələrə səbəb oldu.

Əli İnsanovun son addımı ilə bağlı dəyərləndirmələr müxtəlif olsa da, yekdil rəy ondan ibarətdir ki, Əli İnsanov qərbi azərbaycanlılar arasında çox böyük nüfuza malikdir və bu səbəbdən də onun Milli Şuraya dəstək verməsi sıradan olan hadisə kimi nəzərdən keçirilməməlidir. 

Bunu son müsahibəsində Mili Şuranın sədri Rüstəm İbrahimbəyov da etiraf edib: “ Əli İnsanovun çox sayda tərəfdarları var. Düşünürəm ki, onun bizə olan dəstəyi seçkilərdə yardımçımız  olar. Biz dəfələrlə demişik ki, Əli İnsanov azadlığa buraxılmalıdır və bu istiqamətdə əlimizdən gələni etmişik”.

Moderator.az olaraq mövzuyla bağlı əslən Qərbi  Azərbaycandan olan politoloq Qabil  Hüseynlinin də fikirlərini öyrəndik:

“Əli İnsanovun qərbi azərbaycanlılar arasında çox böyük nüfuza malik olması həqiqətdir. Amma mən bunu təkcə Əli İnsanova aid etməzdim. Azərbaycanda onun qədər populyarlığa malik olan qərbi azərbaycanlılar yetərincədir. Bir nəfəri ayırıb, onun digərlərindən nüfuzlu və qüdrətli olduğunu iddia etmək isə doğru olmazdı”. 

Politoloq daha sonra deputat Musa Quliyevin “hazırda Azərbaycanda 4 milyon qərbi azərbaycanlı var” fikrinə də münasibət bildirərək bu fikirlə razılaşdığını söyləyib. 

 

Xəyal Əzizov


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO