Çin III dünya savaşının səbəbinə çevrilir - Planda Zəngəzur da var - TƏHLİL

Çin III dünya savaşının səbəbinə çevrilir - Planda Zəngəzur da var - TƏHLİL

Hazırda oxunan: Çin III dünya savaşının səbəbinə çevrilir - Planda Zəngəzur da var - TƏHLİL

29348

Çinin ticarət dövriyyəsi hələ 2014-cü ildə qlobal liderliyi ələ alıb. Həmin vaxt Çin ilk dəfə olaraq 4 trilyon ABŞ dolları həddini keçib və Birləşmiş Ştatları bu göstəricidə 1 trilyona yaxın ötüb. Hətta pandemiyada ən çox qazanmış ölkə də Çin hesab olunur. 

Bizim.Media xəbər verir ki, koronavirus bəlası başlayandan bəri dünyada 190 milyon yoluxma, 4 milyondan çox ölüm olub. 3,7 milyard vaksin vurulub, tam peyvəndlənənlərin sayı isə 1 milyard nəfərdir.

2019-cu ilin dekabrında Çinin Hubey əyaləti, Uhan sakinləri COVİD-dən kütləvi şəkildə öləndə bir çox ekspertlər bunu ABŞ və Avropanın həmləsi adlandırdı. Yəni, dünyanı Pekinsiz idarə etmək istəyənlər Çinin sürətli inkişafına stop vermək üçün bu virusu məhz orada yaydılar. Bu fikirdə olanlar az deyildi.
 

MÖVZU İLƏ BAĞLI:

Çin Qarabağa gələcəkmi? – Qərar verildi - ŞƏRH


"COVİD demoqrafiyası"na Pekindən badalaq!

İnkişafdan əlavə massonluq və "300 ailə" mifinə inananlar COVİD daxil, digər epidemiyaları, savaş və bəzi süni yolla yaradılan təbii fəlakətləri demoqrafiya siyasətilə əlaqələndirirlər. Yəni, Nostradamus və Vanqaya istinad etməyi sevənlər, illiminat gözlərinin fəlakətlərinə inanlar düşünür ki, bəzi güclər insanların sayını azaltmağa çalışır.

Əslində Bill Qeytsin əhatə dairəsi də insanların sayının 1 milyarda salınması barədə fikirlər söyləyib və bunu dünyanın tükənməkdə olan resursları ilə əlaqələndiriblər. Bu siyasəti ən çox əhalisi olan Çin və Hindistandan başlamaq isə daha məntiqli görünürdü deyə, koronavirus beşiyi Çində yırğalandı. 

Lakin 2020-ci ildə virusun əsas qətliam zonası İspaniya, İtaliya, 2021-ci ildə isə Hindistan, Rusiya, Livan, Peru və ABŞ-ın özü oldu. Sözün düzü, pandemiyanın iqtisadiyyatını laxladan ölkələr arasında da Çin yoxdur.

Əksinə Pekin pandemiya dövründə Mars, Ay, ümumən kosmosda tədqiqatlara da pul tapdı. Sanki Si Cinpin Qərblə bağlanan "COVİD sazişi"nə hazırlıqlı idi. Yoxsa Çin ən çox vaksin satanlar arasında yer almazdı. Ölkənin son qərarı isə dünyanın demoqrafiya siyasətinə tərs şillə effekti oldu. Belə ki, Çin hakimiyyəti 3-cü uşağın doğulmasına görə tətbiq edilən cərimə və digər sanksiyaları ləğv edib. Yəni Çində 2 uşaq qadağası aradan götürüldü. 

"Yorğun ata şallaq vursan, şıllaq atar"

Çin ötən əsrin ən yorğun dövlətlərindəndir. Çin-yapon savaşları, avropalıların istilaları, quruluş dəyişiklikləri, aclıq, səfalət və s. ardınca da inkişafa hədəflənən Çini görmək olar. Yorğun atı vurub hiddətləndirmək isə ehtiyatsızlıqdır. Çünki indiki Çinlə nəinki Yaponiya, heç yaponları atom bombası ilə məhvə sürükləyən ABŞ da baş edə bilmir.

Ən çətin dövrlərində Sovet Rusiyasından dəstək alan Pekin hətta hazırda Rusiyaya da Amur çayı hövzəsində təhdidə çevrilib. Çin yeganə ölkədir ki, bütün dünyanın gözü önündə uyğurlara qarşı soyqırım, quldarlıq üsulları tətbiq edir, ancaq Pekinə qarşı ciddi təzyiq gəlmir.

Niyə?

Çin "ucuz alternativlər" metodu ilə dünyanı özündən asılı vəziyyətə salıb. Çünki əvvəllər 10 manata alınanın eynisini "Made in China" möhürü ilə 10 dəfə ucuz almaq olursa, digər ölkələrin oxşar sektor ixracı zəifləyir və onların özü də Çin idxalatçısına çevrilirlər. Nəticədə beynəlxalq müddəalar sıxışdırılır və ortaya Çin şərtləri çıxır.

Bir şey ki, Amerikanın "iphone" brendi Çində yığılır, bir çox Avropa avtomobil markaları da bu yolu seçiblər. Yəni ən varlı qitələrin Çindən asılılığı varsa, Afrika və Asiyanın Pekinlə əməkdaşlığı zəruriləşir. 

Bunun qarşısını almaq üçün, nataraz iqtisadi gücü aradan götürmək naminə müxtəlif ekonomik koridorlar, qlobal layihələr yaradılır. Lakin Çin yenə alternativ variantlara əl atır paralel dəhlizlərə qoşulur. 

Qərbin indiki "büdrətmə taktikasından" yayınmaq üçün Çinin əsas hədəfi Zəngəzur dəhlizinin açılmasıdır.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO