Ərdoğan:

Ərdoğan: "Bu məsələni İlham Əliyev qardaşımla müzakirə edirəm" - VİDEO

Hazırda oxunan: Ərdoğan: "Bu məsələni İlham Əliyev qardaşımla müzakirə edirəm" - VİDEO

29223

"Bizim münasibətlərimizin bir millət üç dövlətə doğru getdiyini düşünürəm".

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı "Haber Global" televiziyası Şimali Kipr Türk Respublikasının (KKTC) prezidenti Ersin Tatara istinadən yayıb.

O, bu ölkəyə gələn azərbaycanlı nümayəndələrdən ibarət heyətlə görüşdüyünü və onlardan isti münasibət gördüyünü bildirib. 

E. Tatarın sözlərinə görə, hazırda Bakı KKTC ilə münasibətləri inkişaf etdirir.

"Azərbaycan bizim qardaş ölkəmizdir. Onların (Azərbaycanın millət vəkillərindən ibarət heyətin) həm Qurban bayramı, həm də sülh və azadlıq bayramımızın 47-ci ilində bizimlə birlikdə olmaları bütün dünyaya mesajdır", - deyə o bildirib.

E.Tatar Şimali Kiprdə hazırda minlərlə azərbaycanlının təhsil aldığını, universitetlərdə dərs keçdiyini, həmçinin vətəndaş kimi yaşadıqlarını bildirib.

Mətbuat konfransında iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu məsələdə tərrəddüd ediləcək bir şeyin olmadığını və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu barədə danışıqlar aparıldığını bildirib.

"Bu məsələni İlham Əliyev qardaşımla müzakirə edirəm, inşallah, bu səfərlər çoxalacaq və ali səviyyədə davam edəcək", - deyə Türkiyə prezidenti vurğulayıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO