“Hakimiyyət əlimizdən ofisi alacaq, nə olar, REAL-ın qurultayını bizdə keçirməyin, bundan özünüz imtina edin", deyəndə, sizə, əslində isə Müsavat adına hörmət olaraq siz deyən formulu qəbul etdi, sizə söz gəlməsini istəmədi.”
Bizim.Media xəbər verir ki, bunu “Facebook”da REAL partiyasının sədr müavini Natiq Cəfərli Müsavat başqanı Arif Hacılıya ünvanlayıb.
MÖVZU İLƏ BAĞLI:
Parlamentdə Arif Hacılı sərt tənqid edildi - SƏBƏB
Arif Hacılı isə ittihamlarla razılaşmayaraq bildirib ki, REAL üzvləri qurultay keçirməyə adam tapmayıblar:
“Çox eyib, Natiq bəy. Şəxsən sizdən bu qədərini gözləmirdim. “Bizə bu vəziyyətdən abırlı bir çıxış yoluna imkan yaradın” deyə xahişlərinizi, evimin yanındakı kafedə Erkinlə birlikdə bizdən üzrxahlıq etdiyinizi, “nə desəniz haqqınız var” - dediyinizi də unutmusuz? Təşkilatınız qaçıb dağılmışdı. Sizin qurultay keçirməyə, hətta 10-15 nəfəri bir yerə toplamağa halınız var idi? O zaman Müsavat Divanında bu məsələnin çılpaqlığı ilə açıqlanmasının, sizin rəzil durumunuzun, bizim yer verməyimizə baxmayaraq sizin belə imkanlarınızın olmaması üzündən guya yer tapa bilməməyiniz barədə bəhanə etdiyinizi ictimailəşdirilməsinin də tərəfdarları var idi. Mən bunu etmədim. Niyə etmədim?
Çünki, o zaman düşünürdüm ki, hakimiyyət də bunda maraqlıdır. O zaman sədriniz hələ həbsdə idi. Həm də, bizə dəfələrlə deyilən bu vəziyyətdən abırlı çıxmağımıza şərait yaradın, xahişinizi nəzərə aldım. Belə çıxır ki, o zaman xahişlərinizi nəzərə alaraq sizə sifətinizi qorumağa şərait yaratmaqla səhv etmişəm?”
Natiq Cəfərli Arif Hacılının dediklərini ağ yalan adlandırıb:
“O vaxt real hansı çıxılmaz vəziyyətə düşmüşdü ki, sizdən vəziyyətdən çıxmağı istədi? Yer vermədiniz, elə həmin ay siz imtina edəndən sonra REAL özü ofisdə 416 nəfərlə qurultay elədi. Günah bizdədir, gərək o vaxt həqiqəti deyərdik. Sadəcə sizin Erkini tanıdığınızı bilirəm, son 20 ildə ona nə təkliflər olub, nələrdən imtina edib, onu da bilirsiz. Yaxınlarının müalicəsini hakimiyyətdən xahiş edənlər bunu anlamaz”.
Tərəflər bir-birini hakimiyyətdən mandat alaraq deputat olmaqda da ittiham ediblər.
Bizim.Media