“Azərbaycanın balanslı siyasəti ONA sərvətləri qədər üstünlük bəxş edib” - Yeganə Hacıyevadan TƏHLİL

Hazırda oxunan: “Azərbaycanın balanslı siyasəti ONA sərvətləri qədər üstünlük bəxş edib” - Yeganə Hacıyevadan TƏHLİL

0:00
0:00
28004

Rusiya Türkiyə əməkdaşlığı fonunda ikinci qütbün yaranmaq üzrə olduğu dünyada Azərbaycan yəqin ki, Rusiya, Çin, İran və Türkiyənin olduğu qütbdə olacaq. 

Bunun mənfi və müsbət cəhətləri barədə nə söyləmək olar?
 

MÖVZU İLƏ BAĞLI:

Güc üçlükdədir - Cənubi Qafqazın aparıcı aktorları kimdir? - ŞƏRH


Politoloq Yeganə Hacıyeva: “Baxmayaraq ki, ümumilikdə bütün dünyada qütbləşmənin bəlli ünvanları və iştirakçıları mövcuddur amma son illərdə dəyişən bir neçə məqam var. Bu haqda danışmazdan öncə, sadaladığımız dövlətlərin hər birinin öz milli, dövlət maraqları və təhlükəsizliyi  çərçivəsində regional və qlobal səviyyədə tərəfdaşlar seçməsi, mövsümi və daimi əsaslarda iki tərəfli və çoxtərəfli əməkdaşlıq həyata keçirməsini qeyd etmək istəyirəm.

O üzdən Rusiya, Çin, İran və Türkiyənin daimi  bir qütbdə olması haqqında iddia edə bilmərik. 

Son illər Rusiya –Türkiyə münasibətləri regional mövzularda uzlaşıb və o üzdən də hər iki dövlətin müxtəlif regionlarda uzlaşmış fəaliyyətini izlməkdəyik.

Rusiya Çin münasibətlərinə gəlsək, Rusiyanın bu gün narahat olmalı olduğu münasibətlər məhz Çinlə olan əlaqələridir, amma Kreml qəribə tərzdə bu münasibətlərdəki məqamları iqnor edir və daha çox ABŞ, Avropa və tarixən milli və mədəni birliklərdə olduğu MDB ölkələrində düşmən axtarışına çıxıb. Bu o zamanlardır ki, Rusiyanın Şərq əraziləri məxməri şəkildə Çinin təsirinə məruz qalır, milli və mədəni assimilyasiya uğrayır və s. 

İran isə ümumiyyətlə sadaladığımız ölkələrdən ancaq Çinlə səmimi münasibətlərdədir və istər Turkiyə, istər Rusiya ilə ancaq mövsümi, qeyri-səmimi ittifaqlarda olur.

ABŞ-Türkiyə münasibətləri Yaxın Şərq və Şimali Afrika siyasəti üzərindən haçalansa da, Ağ Evin bu regionlarda ən səmimi tərəfdaşı da məhz Türkiyədir. Çin isə ümumilikdə iqtisadi qiqant (nəhəng) ölkə kimi ancaq və ancaq öz maraqlarını güdür, Asiyadan Avropaya qədər coğrafiyada öz nüfuzunu genişləndirməyə çalışır və bu istiqamətdə də heç nədən çəkinmir.

Rusiya ABŞ münasibətlərindəki narahatlıqlardan də ən çox faydalanan da məhz Çindir. 

Azərbaycana gəlsək, biz ən yeni tarixdə qütblərarası mübarizələrdə, nüfuz bölüşmələrində həmişə balanslı münasibət qurmuşuq. Türkiyə ilə mövcud olan milli, dini qardaşlıq münasibətlərindən başqa, diğər ölkələrlə münasibətimiz həmişə qarşılıqlı faydalılıq əsasında qurulur və inkşaf etdirilir.

Azərbaycan hər iki qütb üçün vacib, dünya ticari əlaqələr üçün həyati vacib olan regionda strateji mövqeyə malik bir ölkədir. Özünün maraqlarına xidmət edən və faydalı qonşularının maraqlarını diqqətə alan, regionda sülh və stabilliyə töhfə verən siyasət yürüdür. Azərbaycanı hamı üçün cazibədar edən coğrafi üstünlüklərindən əlavə həm də bu balanslı siyasətidir”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO