Serbiyalı qadın nazir Azərbaycandadır - FOTO 

Serbiyalı qadın nazir Azərbaycandadır - FOTO 

Hazırda oxunan: Serbiyalı qadın nazir Azərbaycandadır - FOTO 

27555

Serbiyanın əmək, məşğulluq, veteranlar və sosial işlər naziri Darija Kisiç Tepavçeviçin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, nazir Darija Kisiç Tepavçeviçin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. 

Qonaqlar Şəhidlər xiyabanını da ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə çiçəklər düzüb, xatirələrini ehtiramla anıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO