Milli Məclisin İntizam komissiyasının əsasnaməsi hazırlandı

Milli Məclisin İntizam komissiyasının əsasnaməsi hazırlandı

Hazırda oxunan: Milli Məclisin İntizam komissiyasının əsasnaməsi hazırlandı

27417

Milli Məclisin İntizam komissiyasının yeni Əsasnaməsi hazırlanıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, iyulun 5-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İntizam komissiyasının videokonfrans formatında birgə iclası keçirilib.

İclası açan Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, müzakirəyə “Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında” məsələ çıxarılıb.

Məlumat verib ki, Milli Məclisin İntizam komissiyasının 9 maddədən ibarət əsasnaməsi İntizam komissiyasının təşkili qaydasını, səlahiyyətlərini, iş qaydasını, İntizam komissiyası üzvlərinin, həmçinin komissiyada barəsində araşdırma aparılan deputatın hüquqlarını və vəzifələrini müəyyən edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO