Prezident iraqlı həmkarı ilə Nyu-Yorkda apardığı fikir mübadiləsini yüksək qiymətləndirdi

Prezident iraqlı həmkarı ilə Nyu-Yorkda apardığı fikir mübadiləsini yüksək qiymətləndirdi

Hazırda oxunan: Prezident iraqlı həmkarı ilə Nyu-Yorkda apardığı fikir mübadiləsini yüksək qiymətləndirdi

273718

Prezident İlham Əliyev İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

İraq Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
 

Bu yaxınlarda Nyu-Yorkda Sizinlə görüşümüzü, apardığımız fikir mübadiləsini yüksək qiymətləndirirəm. Əminəm ki, Azərbaycan-İraq münasibətlərini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.


Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost İraq xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO