Əli Əsədov Çin Xalq Siyasi Məşvərət Şurasının üzvü ilə görüşdü - FOTO

Əli Əsədov Çin Xalq Siyasi Məşvərət Şurasının üzvü ilə görüşdü - FOTO

Hazırda oxunan: Əli Əsədov Çin Xalq Siyasi Məşvərət Şurasının üzvü ilə görüşdü - FOTO

270577

Sentyabrın 15-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Çin Xalq Respublikasının Çin Xalq Siyasi Məşvərət Şurasının Ümum-Çin Komitəsi sədrinin müavini Su Hui ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin birgə səyləri nəticəsində iki ölkə arasında münasibətlərin dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq prinsipləri üzərində ardıcıl şəkildə inkişaf etdiyi vurğulanıb. Cari ilin aprel ayında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanması ilə Azərbaycan-Çin münasibətlərinin yeni mərhələyə qədəm qoyduğu bildirilib.

Prezident İlham Əliyevin avqustun sonu-sentyabrın əvvəlində Çin Xalq Respublikasına işgüzar səfərinin iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.

Görüşdə Azərbaycan-Çin münasibətlərinin qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə olunub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO