Çin şirkətləri Ağdam Sənaye Parkına investisiya yatıracaq? - FOTO

Çin şirkətləri Ağdam Sənaye Parkına investisiya yatıracaq? - FOTO

Hazırda oxunan: Çin şirkətləri Ağdam Sənaye Parkına investisiya yatıracaq? - FOTO

26978

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin Azərbaycandakı səfiri xanım Quo Minlə görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. 

Məlumata görə, nazir vurğulayıb ki, Azərbaycan Çinlə əlaqələrə böyük önəm verir və əməkdaşlığın bütün sferalarda genişləndirilməsində maraqlıdır.

Dövlət başçılarının siyasi iradəsi, yüksək səviyyəli səfərlər və keçirilən görüşlər tərəfdaşlığın inkişafına əlverişli zəmin yaradır. Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən dövlətlərdəndir. Beynəlxalq arenada ölkələrimizin ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı olaraq ifadə edilən dəstək xüsusi əhəmiyyətə malikdir. 

M.Cabbarov bildirib ki, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası ölkələrimiz arasında əlaqələrin genişlənməsində əlverişli platformadır. Azərbaycanın Çində ticarət nümayəndəsi, 3 ticarət evi, 3 şərab evi, ticarət şəbəkələrində 3 ticarət bölməsi fəaliyyət göstərir və bu istiqamətdə tədbirlər davam etdirilir. Azərbaycanda Çin sərmayəli şirkətlər fəaliyyət göstərir, uğurlu investisiya əməkdaşlığı həyata keçirilir. Sənaye sahəsində Çinlə bir sıra layihələr üzrə danışıqlar aparılır. 

Görüşdə işğaldan azad olunan ərazilərimizdə aparılan bərpa işləri barədə məlumat verilib, Çin şirkətlərinin burada yenidənqurma işlərində iştirak imkanları vurğulanıb. 

Nazir Azərbaycan iqtisadiyyatının prioritetlərini, qeyri-neft sektorunun dayanıqlı artımını, ticarət, investisiya, nəqliyyat-tranzit və s. sahələrdə tərəfdaşlığın möhkəmləndirilməsi üçün perspektivləri qeyd edərək, Çin şirkətlərini ölkəmizdə yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa, sənaye parklarına, o cümlədən bu yaxınlarda təməli qoyulan Ağdam Sənaye Parkına investisiya yatırmağa dəvət edib. 

Görüşdə Azərbaycanın əlverişli nəqliyyat-tranzit potensialı, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi və Zəngəzur dəhlizinin əhəmiyyəti diqqətə çatdırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO