Vuçiç: “Azərbaycan Serbiya üçün mühüm qaz mənbəyidir”

Vuçiç: “Azərbaycan Serbiya üçün mühüm qaz mənbəyidir”

Hazırda oxunan: Vuçiç: “Azərbaycan Serbiya üçün mühüm qaz mənbəyidir”

268388

Serbiya Prezidenti Aleksandar Vuçiç rusiyalı həmkarl Vladimir Putinlı görüşüb.

Bizim.Media xəbər verir ki, görüş Çində keçirilən ŞƏT sammiti çərçivəsində baş tutub.

Vuçiç Putindən qaz tədarükündə çeviklik, əlverişli qiymət və daha böyük həcmlər xahiş edib.
 

“Bizə qaz çox vacibdir. Azərbaycan Serbiya üçün mühüm qaz mənbəyidir. Azərbaycandan mühüm həcmdə qaz alırıq, lakin əsas hissə bizə Rusiyadan gəlir… Elektrik enerjisinin ən az olduğu vaxtlarda əlavə qaz tədarükü hesabına istilik-elektrik stansiyalarında əlavə elektrik enerjisi istehsal etmık istəyirik. Çünki qazı yalnız sənaye və ev təsərrüfatlarının tələbatı üçün deyil, həm də elektrik enerjisi istehsalında istifadə edirik.


Bütün bunlar üçün bizə çevik tədarük lazımdır. Mən də prezident Putindən bunu, həmçinin yaxşı qiymət və daha böyük həcmlər istədim. Bunlar bizim üçün üç əsas məsələdir”, - Serbiya lideri görüşün yekunları ilə bağlı açıqlamasında qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO