Azərbaycan Prezidentinin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi Türkiyə mətbuatında - FOTO

Azərbaycan Prezidentinin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi Türkiyə mətbuatında - FOTO

Hazırda oxunan: Azərbaycan Prezidentinin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi Türkiyə mətbuatında - FOTO

267349

Türkiyənin aparıcı xəbər agentlikləri, telekanalları, qəzetləri və xəbər portalları Azərbaycan Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, qardaş ölkənin mətbuatının diqqətini, xüsusilə Azərbaycan rəhbərinin Zəngəzur dəhlizinin açılması, Suriya ilə İsrail arasında gərginliyin aradan qaldırılması, Türkiyənin qlobal arenada tutduğu mövqelərlə bağlı bəyanatları cəlb edib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verdi -FOTO/VİDEO


Türkiyənin telekanalları, agentlikləri və qəzetləri Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin bütün region üçün əhəmiyyəti ilə bağlı mövqeyini çoxmilyonlu auditoriyaya çatdırıb.

Azərbaycan liderinin “Zəngəzur dəhlizi təkcə Şərq-Qərb nəqliyyat dəhlizi deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq” sözləri vurğulanıb.

Azərbaycan Prezidentinin qlobal gündəmdəki digər aktual məsələlər, o cümlədən Yaxın Şərqdəki proseslərlə bağlı müsahibəsindən fikirlər təqdim olunur.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO