Ağdərənin ən kiçik sakini - FOTO

Ağdərənin ən kiçik sakini - FOTO

Hazırda oxunan: Ağdərənin ən kiçik sakini - FOTO

266387

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Ağdərə rayonunun Kolatağ kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.

Bizim.Media xəbər verir ki, Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kənd sakini Baxşalı Hətəmovun evində oldular.

Dövlətimizin başçısı və birinci xanımın kənd sakini və ailəsi ilə səmimi dialoqunu təqdim edirik:

Prezident İlham Əliyev: Salaməleykum.

Mehriban xanım Əliyeva: Salam, xoş gördük.

Qadın sakin: Salam, bizim evimizdir.

Prezident İlham Əliyev: Necəsiniz? Neçə gündür gəlmisiniz?

Baxşalı Hətəmov: Bu gün beşinci gündür.

Prezident İlham Əliyev: Bəli, hələ bir həftə olmayıb. Buranın adı sovet vaxtı da Kolatağ idi?

Baxşalı Hətəmov: Bəli.

Qadın sakin: Salam, xoş gördük.

Prezident İlham Əliyev: Salaməleykum. Ay, nə gözəl baladır.

Mehriban xanım Əliyeva: Adı nədir?

Qadın sakin: Zeynəb.

Mehriban xanım Əliyeva: Zeynəb neçə aylıqdır?

Qadın sakin: 15 günlükdür.

Prezident İlham Əliyev: 15 gün?

Mehriban xanım Əliyeva: 15 günlük, maşallah. Sənin adın nədir? Nə qəşəng qızsan sən. Gəl mənim yanıma.

Baxşalı Hətəmov: Cənab Prezident, nömrə çəkən gün anadan olub.

Prezident İlham Əliyev: Harada anadan olub?

Baxşalı Hətəmov: Ayaq Qərvənd qəsəbəsində.

Prezident İlham Əliyev: Orada qalırdınız?

Baxşalı Hətəmov: Bəli.

Prezident İlham Əliyev: İndi isə gözəl, mənzərəli bir əraziyə köçmüsünüz. Burada yaşamaq üçün hər şey var.

Baxşalı Hətəmov: Çox gözəldir, çox sağ olun, Allah Sizə dəyməsin, cənab Prezident.

Prezident İlham Əliyev: Buranın həyətyanı sahəsi də kifayət qədər genişdir. Bu qızın neçə yaşı var?

Baxşalı Hətəmov: İki yaşı var.

Prezident İlham Əliyev: Təbrik edirəm sizi, xoşbəxt yaşayın.

Baxşalı Hətəmov: Allah Sizin canınızı sağ eləsin.

Mehriban xanım Əliyeva: Gəlin, birlikdə şəkil çəkdirək.

Baxşalı Hətəmov: Çox sağ olun.

Prezident İlham Əliyev: Gözəldir, əsl cənnətdir.

Baxşalı Hətəmov: Həqiqətən cənnətdir.

Prezident İlham Əliyev: Salamat qalın.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO