Rumıniyanın XİN başçısı: “Mina xəritələrinin hamısının təhvil verilməsi prioritet olaraq qalır”

Rumıniyanın XİN başçısı: “Mina xəritələrinin hamısının təhvil verilməsi prioritet olaraq qalır”

Hazırda oxunan: Rumıniyanın XİN başçısı: “Mina xəritələrinin hamısının təhvil verilməsi prioritet olaraq qalır”

26361

“Biz Azərbaycan və Ermənistan arasında etimadın qurulması prosesinə dəstək verməkdə davam etməyə hazırıq”.

Bizim.Media xəbər verir ki, bunu Rumıniyanın xarici işlər naziri Boqdan Auresku Tbilisidə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, mina xəritələrinin hamısının təhvil verilməsi prioritet olaraq qalır:

“Biz etimadın qurulması və digər məsələlərin həlli ilə bağlı addımlara kömək və dəstək verməyə hazırıq”.

XİN başçısı qeyd edib ki, Azərbaycan və Ermənistanın cəmiyyətləri arasında etimadın qurulması çoxlu səylər tələb edəcək. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO