İnzibati Prosessual Məcəlləyə və Mülki Prosessual Məcəlləyə dəyişiklik edilir.
Bizim.Media xəbər verir ki, dəyişikliklərə əsasən, məhkəməyə sübutların təqdim edilməməsinə görə intizamlandırıcı tədbir olaraq tətbiq olunan 50 manat cərimənin məbləğinin 2000 manatadək artırılması təklif olunur.
Əsassız vəsatətlərlə işin uzadılmasına nail olma halları zamanı da tərəflərin 500 manatadək cərimələnməsi nəzərdə tutulur ki, bu da intizamlandırıcı məqsəd daşıyır.
Bundan başqa, dəyişikliklərdə bəzi prosessual müddətlərin azaldılması, bəzilərinin isə artırılması nəzərdə tutulur. Dəyişikliklərdə kassasiya şikayətlərinin hədləri də dəyişdirilir.
Vahid məhkəmə sisteminin təmin edilməsi baxımından bu həddin 2000 manatdan 5000 manata qaldırılması nəzərdə tutulur. Dəyişikliklər Milli Məclisdə müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
14:39 / 25.06.2021
Bu cərimə 50 manatdan 2000 AZN-ə qaldırılır - Milli Məclis qəbul etdi
Hazırda oxunan: Bu cərimə 50 manatdan 2000 AZN-ə qaldırılır - Milli Məclis qəbul etdi
Hazırda oxunan: Bu cərimə 50 manatdan 2000 AZN-ə qaldırılır - Milli Məclis qəbul etdi
26230
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.