Prezident İlham Əliyev iyulun 18-də Xocalının Xanyurdu kəndində olub.
Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı kəndə köçən sakinlər - Rasim Cavadovun və Kərəm Abbasovun evlərində olub.
Qeyd edək ki, Xanyurdu kəndi Xocalı rayonunun Ballıca kənd inzibati ərazi dairəsinə daxildir.
Kənddə 40 fərdi ev artıq əsaslı bərpa olunub, ilin sonunadək daha 65 fərdi evin bərpası nəzərdə tutulub, 2026-cı ildə isə 93 fərdi ev təmir və bərpa olunacaq. Bu il iyulun 14-də 33 ailə, ümumilikdə 122 nəfər doğma Xanyurdu kəndinə qayıdıb.
Hazırda kəndin sosial infrastrukturunun müasir səviyyədə qurulması üçün zəruri işlər görülür. 14 kilometr uzunluğunda 10 kV-luq elektrik xətti təmir-bərpa edilib, sayğaclaşdırma prosesinə başlanılıb, 10 kilometrdən çox uzunluğu olan təbii qaz xətti çəkilib, 4 kilometr uzunluğunda mövcud xətt bərpa olunub, artezian quyusu, həcmi 400 kubmetr olan su anbarı və içməli su şəbəkəsi təmir edilib, 10,4 kilometr uzunluğunda rabitə xətti çəkilib, abonentlərin stasionar telefon, internet və İPTV xidmətləri ilə əhatə edilməsi təmin olunub.
İki kilometrdən çox uzunluğu olan kənddaxili yollar asfaltlanıb.
Ümumtəhsil müəssisəsinin binasının təmir-bərpası ilə bağlı hazırlıq işləri görülür, ambulatoriya mərkəzi və market üçün nəzərdə tutulan bina əsaslı təmir edilir. Kənddə bir hektar sahədə istirahət parkı salınıb.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
15:41 / 18.07.2025
İlham Əliyev Xocalının Xanyurdu kəndində sakinlərlə görüşdü - FOTO/VİDEO
Hazırda oxunan: İlham Əliyev Xocalının Xanyurdu kəndində sakinlərlə görüşdü - FOTO/VİDEO
Hazırda oxunan: İlham Əliyev Xocalının Xanyurdu kəndində sakinlərlə görüşdü - FOTO/VİDEO
260546
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.