Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” Fərmana imza atıb.
Bizim.Media xəbər verir ki, fərmanda deyilir:
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Şuşa şəhəri haqqında qanunu təsdiqlədi
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsini nəzərə alaraq qərara alıram:
1. “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxs yaradılsın.
2. “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
3. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin (bundan sonra – İdarə) nizamnamə fondu 1 000 000 (bir milyon) manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.
4. Müəyyən edilsin ki:
4.1. İdarə tərəfindən dövlət əmlakının icarəyə verilməsindən alınan haqqın 50 (əlli) faizi dövlət büdcəsinə köçürülür, qalan hissəsi İdarənin sərəncamında qalır;
4.2. İdarənin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir;
4.3. İdarənin fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün 3 (üç) üzvdən – sədr və onun 2 (iki) müavinindən ibarət İdarə Heyəti yaradılır”.
Bizim.Media